Gizli yollarla ölkəyə 55 minə yaxın siqaret gətirilməsi faktı aşkar edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda 3 fakt üzrə minik avtomobillərindən gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən 54 800 ədəd siqaretlər müəyyən edilərək götürülüb.
Siqaretləri ölkə ərazisinə gətirməyə çalışan şəxslər tütün məmulatlarını avtomobillərin müxtəlif yerlərində gizlətməyə çalışsalar da gömrükçülərin sayıqlığı nəticəsində qaçaqmalçılıq hallarının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az