Geyimlərinizi ilk günkü kimi saxlamaq üçün 15 üsul

Geyimlərinizi ilk günkü kimi saxlamaq üçün 15 üsul

Geyimlərinizin qarderob ömürlərini uzatmaq  əslində düşündüyünüzdən daha asan və ucuz başa gəlir. Geyimləriniz dəbdən düşdükdə, köhnəldikdə, söküldükdə yeni paltarlar almaqdansa, yaradıcı təxəyyülünüzü işə salın. Hər kəs ləkələnmiş və ya zədələnən paltarlarını təmizləməyin yollarını axtarar. İstər ləkələnmiş gözəl koftanızı təmizləmək, istər sökülən şalvarınızı həyata qaytarmaq olsun, artıq sizin əlinizdədir.

Aktual.az  lent.az-a istinadən sevdiyiniz geyimlərin təzə görünməsini təmin dən 15 üsulla sizi tanış edir.

1. Pambıq geyimlərdəki qırmızı şərab ləkələrini çıxarın
 
Hamımızın başına gəlib: toyda, qonaqlıqda və ya dostlarla əylənərkən koftamıza şərab ləkəsi düşür. Onu zibil yeşiyinə atmaq yerinə, bir az kağız dəsmal və soda istifadə edərək ləkədən təmizləyə və bərpa edə bilərsiniz.
 
2. Yuyucu toz ləkələrinin izini itirmək üçün marker istifadə edin
 
Yuyucu toz ləkələri bərbaddır, geri dönüşü yoxdur. Bunları aradan qaldırmaq üçün paltarınız üzərində uyğun rəngdə marker istifadə edə bilərsiniz.
 
3. Yeni şalvarı professional kimi yoxlayın
 
Şalvarın bel hissəsini boynunuza qucaqlayaraq bədən ölçüsü edə bilərsiniz. Şalvar belinin ucları, başınızın arxasında bir-birinə çatmazsa, demək, şalvar sizin üçün çox kiçikdir.
 
4. Sökülən şalvarları atmaq əvəzinə  daha da canlandırın
 
Sökülən şalvarın altına lasin və ya da neylon corab geyinərək yenidən istifadə edə bilərsiniz.  Tərzinizi daha da cazibədar etmək və şalvarı vurğulamaq üçün vəhşi dizaynlı bir cins seçin.
 
5. Qoltuqaltı ləkələrini çıxarmaq üçün limon suyu istifadə etmək
 
Köynəyiniz, don və ya koftanızın qoltuqaltlarına yumazdan əvvəl bir az limon suyu damladaraq paltarlarınızı bərpa edə bilərsiniz.
 
6. Qatı antipresperant ləkələrindən xilas olmaq üçün yaş bez istifadə edin
 
Ən sevdiyiniz koftanızı yuyucu maşına atmaq yerinə, ləkələrini yaş salfetka ilə çıxara  bilərsiniz. Bir neçə sadə üsulla koftanız yeni görünəcək.
 
7. Bir az dırnaq boyası ilə düymələrin yerini sabitləşdirin
 
Min dəfə tiksəniz də bəzi düymələr yerlərində durmurlar. Düyməni yenidən tikdikdən sonra, bir az şəffaf dırnaq boyası ilə sabit qalmasını təmin edə bilərsiniz.
 
8. Qırmızı pomada ləkələrindən xilas olun
 
Oraya necə düşmüş olursa-olsun, qırmızı pomada ləkəsi bir bəlasıdır. Üzərinə bir az saç spreyi sıxın, bir az saxlayın, yüngülcə ovalayın və paltaryuyan maşına atın. Paltarlarınız əvvəlkindən daha yeni olacaq.
 
9. Dəri üzərindəki ləkələri çıxarın
 
Çəkmələrinizi fırçaladıqdan sonra, sabun və isti su ilə silin. Sonra bərabər miqdarda su və sirkə ilə hazırladığınız qarışığı ülgüc köməyi ilə çəkmələrinizin üzərinə sıxın. Çəkmələri quru bir bezlə sildikdən sonra, bir az yumşaldıcı çəkin və su keçirməz bir qarışıq sıxın.
 
10. Geyimləri ülgüc ilə yeniləyin
 
Düyünlənmiş geyimləri bir küncə atmayın. Sadəcə olaraq həmin geyimi yuyun və əlinizə bir lezva götürərək düyünlərdən tüklərdən xilas olurmuş kimi ülgücdən keçirin. 
 
11. Çəkmə geyindikdə şalvarınızı doğru bir şəkildə qatlayın
 
Ən sevdiyiniz çəkmənizi istədiyiniz şalvarla geyinə bilmirsiniz. Çünki şalvarın ayağı çəkmənin üzərini örtür və onun gözəlliyini itirir. Elə isə, şalvarın ayağını çəkmənin içinə salmaqdansa, qatlayın. Beləcə, həm də dəbli görünəcəksiniz.
 
12. Köhnə koftaları dəbli qolsuz tşörtə çevirin
 
Köhnə koftanızın qollarını kəsin, arxadan qol hissəsini bir-birinin arasına keçirərək burun. Tam ortadan buruq it alınacaq.
 
13. Köynəyinizin yaxasını ütüləmək üçün saçdüzləşdirici fendən istifadə edin
 
Ən yaxşı şəkildə görünmək istədiyiniz vaxt qırışan köynək yaxası sizi həvəsdən salmasın. Saçdüzləşdirici fenin ağzını yaxşıca yuyun, qurudun və isidərək köynəyin yaxasını ütüləyin.
 
14. Pencək və digər üst geyimlərdəki pis qoxudan azad olun
 
Təmiz bir sprey şüşəsi götürün və bir şüşə arağa üç damla esensiya yaı, bir az ilıq su əlavə edərək qarışdırın. Bu qarışığı pis qoxu gələn pencək və ya digər üst geyimlərinizə sıxın.
 
15. Nəmləndirici istifadə edərək dəri ayaqqabılarınızı yeniləyin
 
Dəri ayaqqabılarınızın dərisini dəyişməkdənsə, evdə istifadə etdiyiniz nəmləndirici kremi ayaqqabının üzərinə sürtün. Yeniymiş kimi parlayacaq.

Xəbər 1143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR