Bakı şəhərində yanğın hadisəsi baş verib.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan dəmir konstruksiyalardan ibarət ambarın içərisində olan geyim əşyaları 4 m2 sahədə yanıb. Yüksək temperaturdan ambara bitişik ümumi sahəsi 21 m2 olan geyim mağazasının lambirdən ibarət tavanı əriyib. Ambarın, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb