"Respublika ərazisi və ona qonşu geotektonik zonaların geodinamik şəraitində ciddi geodinamik dəyişikliklər müşahidə qeydə alınıb. Regional planda respublika ərazisi demək olar ki, sıxılma-gərginlik deformasiya proseslərinin təsiri altında olub".
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoekoloji Monitorinq Mərkəzinin aylıq bülletenində bildirilib. Bülletendə qeyd olunub ki, sıxılma prosesləri Böyük Qafqazın cənub yamacı, Abşeron periklinalı, Kür depressiyası, Şərqi Xəzər və Kiçik Qafqazın şimal-qərb kəsimlərini əhatə edib: “Genişlənmə gərginlik-deformasiya prosesləri isə İran İslam Respublikasının Mərənd-Əhər bölgəsində xəritələnir. Ölkə ərazisinin seysmotektonik rayonlaşdırma xəritəsinin geodinamik proseslərlə korrelyativ təhlili göstərir ki, Azərbaycan ərazisinin Böyük Qafqaz və Kür depressiyası geostrukturları praktik olaraq vahid geodinamik struktur kimi özünü göstərir və intensiv 4 lokal strukturu özündə birləşdirir. Bu strukturun Xəzər akvatoriyası, Şamaxı-ismayıllı, Zaqatala-Balakən seysmoaktiv zonaları daha intensiv geodinamik proseslərin təsirinə məruz qalır. Ümumi regional sıxılma-gərginlik deformasiya strukturu əsasən 3 lokal strukturu özündə birləşdirir. Ümumən ölkə ərazisində kontrast geodinamik şəraiti davam edir. Regionda baş verən proseslər intensiv geodinamik şəraitin formalaşdığını ehtimal etməyə əsas verir”. (APA)
Xəbər 452 dəfə oxunub.