“Genqam”ın baş məşqçisi “Qarabağ”ın futbolçusu ilə maraqlandıqlarını təsdiqləyib

“Genqam”ın baş məşqçisi “Qarabağ”ın futbolçusu ilə maraqlandıqlarını təsdiqləyib
  • İDMAN

Fransanın "Genqam” klubunun baş məşqçisi Patris Lair "Qarabağ”ın futbolçusu Abdullah Zubirin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Report” "Le Telegramme” portalına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Mərakeş əsilli fransalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib.
Fransalı məşqçi 28 yaşlı yarımmüdafiəçi ilə yanaşı, başqa bir oyunçunu da istədiklərini söyləyib: "Qarşıdakı günlərdə yaxşı xəbərlərin olacağına ümid edirəm. Bir neçə oyunçunu gözləyirəm. Abdullah Zubir və El Hacı Ba bizim maraqlandığımız futbolçulardır. Ancaq hələ ki dəqiq bir şey yoxdur”.
Qeyd edək ki, ötən ilin yayında Fransanın "Lans” klubundan "Qarabağ”a keçən Abdullah Zubirin Ağdam təmsilçisi ilə 2020-ci ilin iyulunadək müqaviləsi var. "Genqam” Fransanın səviyyəcə ikinci liqasında çıxış edir.
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR