Bosniya işi məhkəmə prosesində qalmaqal baş verib.
Aktual.az "Ölkə.Az"a istinadən xəbər verir ki, işgəncə generalı kimi tanınan sabiq xorvat general Slobodan Praljak zəhər içərək intihara cəhd edib.
Hadisə sabiq Yuqoslaviya beynəlxalq cinayət məhkəməsində hərbi cinayətlər prosesində baş verib.
Praljak zəhər içərək intihara cəhd edib. Slobodanın vəkili hadisəni təsdiqləyib və müvəkkilinin prosesdə zəhər içdiyini bildirib.
Bildirilir ki, sabiq general 20 il müddətinə azadlıqdan məhrum edildiyi açıqlandığı üçün intihara cəhd edib. Proses təxirə salınıb.
Aktual.az
Xəbər 529 dəfə oxunub.