Multikulturalizmin Azərbaycan modeli artıq dünyada tədris olunur. Biz bu dəyərləri necə yaşatdığımızı, gənclərə necə aşıladığımızı hər zaman müzakirə edirik. Gəncliyin təfəkküründə multikulturalizm dəyərləri hansı formada yer alıb, bu sualın cavabı həm də multikulturalizm ili çərçivəsində həyata keçirilən tədbirlərdə, layihələrdə əks olunur.
Azərbaycan Respublikası Pezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənclik və multikulturalizm” layihəsinin icrası davam edir.
Layihənin öhdəliklərindən biri multikulturalizm ideyalarını təbliğ edən videorolikin hazırlanmasıdır. Bununla bağlı ölkəmizin bir neçə rayonunda çəkilişlər aparılıb, müxtəlif etnik qruplardan olan gənclərdən müsahibələr alınıb.
Multikulturalizm ənənələrinin Azərbaycan modelinin bəzi çalarlarını dəqiq və anlaşıqlı dildə çatdırmaq üçün talışlarlın, tatların, ləzgi və başqa millərlərə mənsub insanların yaşayışını, özünəməxsus adətlərini və digər millətlərlə sülh və anlaşma şəraitində yaşamalarını göstərən videomateriallar çəkilib. Yaxın günlərdə layihəyə yükun vurulacaq.
Layihэ rəhbəri Tural zeynallıdır.