"Vətəndaş İnstitutlarının İnkişafı Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyilə "Ekologiyanı qoruyaq” şuarı altında təlimlərə yekun vurub.
Təlimlər Qəbələ rayonunda təşkil edilib. Düşərgə müddətində gənclərə ətraf mühitin qorunmasının vacibliyi barədə bu mövzularda təlimlər keçirilib:
- Ekoloji siyasətin əsas istiqamətləri;
- Gənc nəslin ətraf mühitin mühafizəsində rolu;
- Ekologiya və mədəniyyət;
- Ekologiya və hüquq;
- Biomüxtəlifliyin qorunması.
Təlimlərdə ölkənin müxtəlif rayonlarını təmsil edən gənclər iştirak ediblər.
Xəbər 1111 dəfə oxunub.