Gənclər təşkilatının nümayəndəsi Türkiyənin Qızıl Qaya zirvəsinə çıxdı

Gənclər təşkilatının nümayəndəsi Türkiyənin Qızıl Qaya zirvəsinə çıxdı

Gənclər üçün Təhsil Mərkəzinin Gəncədə fəaliyyət göstərən "Kəpəz” Dağçılıq Klubunun rəhbəri Orxan Əmirxanov Türkiyə Respublikasının "Niğdə Aladağlar” milli parkında keçirilmiş zirvə yürüşünə qatılıb.
 
Yürüş iştirakçıları sözügedən parkda yerləşən, 3771 metr hündürlüyü olan "Qızıl Qaya” zirvəsinə çıxıblar. 
Niğdə Valiliyinin Gənclər və idman bölməsinin təşkil etdiyi yürüşə müxtəlif ölkələrdən çoxlu sayda gənc qatılıb. 
Azərbaycan təmsilçisi zirvədə Azərbaycanın, eləcə də təmsil etdiyi Mərkəzin bayrağını dalğalandırıb.
O.Əmirxanovun zirvə yürüşündə iştirakı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfindən dəstəklənmişdir.
Displaying Nigde 2.jpg
Aktual.az
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR