Gənclər üçün Təhsil Mərkəzi-nin "31 Mart Soyqırımını Tanı " Twitter aksiyası kütləviliyi ilə seçildi.
Gənclər üçün Təhsil Mərkəzi 31 Mart Azərbaycanlıların Soyqırımı günü kütləvi internet aksiyası uğurla yekunlaşdı.Mərkəzin baş katibi Gülnar Xəlilovanınverdiyi məlumata görə, internet aksiya əsasən "twitter”də keçirilmiş və martın30 -dan aprelin 1-dək olan dövrü əhatə etmişdir. Bütün təbliğat işi #31marchthebloodiestpageofourhistory #Armenianterrorism #Armenianvandalismhəştəqi ilə aparılmışdır. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara Soyqırımilə bağlı həqiqətləri çatdırmaq olmuşdur.
Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada hashtagify,hashtracking, tweetchip,TweetBindermetrikslərinin göstəricilərinə görə ümumilikdə 25000 "tweet” paylaşılmışdır. Bununla bərabər gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə soyqırım həqiqətlərinəhəsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərmişlər. Akiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunmuşdur.