Gənclər təşkilatı Qubada Soyqırım Memorial Kompleksinə yürüş təşkil etdi
Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü ərəfəsində faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksində gənclərin iştirakı ilə anım yürüşü təşkil edilmişdir.
Mərkəzin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyevin bildirmişdir ki , yürüşün keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunda maarifləndirmə işini təşkil etmək,bolşevik-erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı kütləvi qanlı aksiyalarının tarixi həqiqətlərini gənclər arasında təbliğ etməkdir.
Daha sonra kompleksin önündə təşkil olunan tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım ,1918-ci ildə xalqımızın başına gətirilən dəhşətlərlə bağlı ziyarətçilərə məlumat verilib.
Aktual.az Xəbər 273 dəfə oxunub.