Gənclər təşkilatı “İslam Həmrəyliyi ili” çərçivəsində Orta Asiya ölkələri ilə əməkdaşlığa başladı

Gənclər təşkilatı “İslam Həmrəyliyi ili” çərçivəsində Orta Asiya ölkələri ilə əməkdaşlığa başladı

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə  "İnnovasiyalar üçün Əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycan və Orta Asiya ölkələrinin birgə toplantısında  iştirak edir.
Qazaxıstanın Almatı şəhərində keçirilən toplantı çərçivəsində F.Həsənzadə  Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın 30-dan çox nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərliyi ilə görüş keçirmişdir. Görüşlərdə Gənclər üçün Təhsil Mərkəzi ilə həmin təşkilatların əməkdaşlıq imkanları, Orta Asiya ölkələri ilə gənclər sahəsində təcrübə mübadilələri, birgə layihələr, habelə bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına dəstək və digər məsələlər müzakirə olunmuşdur.
Səfər müddətində Qırğızstanın Gənclər Təşkilatları Assosiasiyası, Tacikistanın Gənc Jurnalistlərin İnkişaf Assosiasiyası, Qazaxıstanın Şərqi Qazaxıstan Gənclər Təşkilatları Assosiasiyası və Özbəkistanın Uşaq Hüquqları Assosiasiyası ilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanmışdır.
Qeyd edək ki, Mərkəz əldə olunmuş razılaşmaya əsasən ilk olaraq, Qırğızıstan-Azərbaycan Gərclər Forumunu, o cümlədən Orta Asiya və Azərbaycanda fəaliyyət göstərən gənclər evlərinin təcrübə mübadiləsi proqramını həyata keçirəcəkdir.
 
Aktual.az
Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR