Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "İslam Həmrəyliyi İli” çərçivəsində Siyəzən rayonunda "İslam Həmrəyliyinin Azərbaycan Modeli ” adlı kampaniyanın ilk görüşünü həyata keçirib.Konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional ofisinin nümayəndəsi İlkin Xanlarzadə qeyd edib ki, kampaniya çərçivəsində təşkil olunan konfrans region gəncləri adından ölkəmizin dini tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini, həmçinin 2017-cı il Azərbaycanda "İslam Həmrəyliyi İli”nə dəstək xarakteri daşıyır.
Konfransda, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aqil Abdulov , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Siyəzən rayon nümayəndəsi Aqil Əlisoy , Siyəzən rayon Gənclər və idman idarəsinin rəis müavini Vüsal Alışov , yəhudi və rus icmalarının nümayəndələri çıxış edərək tolerantlığın ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünyada Azərbaycanın mədəniyyətlərin və sivilizasiyaların dialoq mərkəzinə çevrildiyini qeyd etdilər.
Xatırladaq ki, konfrans Gənclər üçün Təhsil Mərkəzinin "İslam Həmrəyliyinin Azərbaycan Modeli ” kampaniyası çərçivəsində həyata keçirəcəyi tədbirlər planının ilkin konfransıdır və təşkil olunan görüşlərin əsas məqsədi gənclər arasında Azərbaycan hökumətinin din siyasəti, demokratik dövlət quruculuğu kursunu, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipini təbliğ etməkdir.
Xəbər 405 dəfə oxunub.