Gənclər təşkilatı “Avropa Gənclər Paytaxtı”nda təltif edildi

Gənclər təşkilatı  “Avropa Gənclər Paytaxtı”nda təltif edildi

"Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimi olub.  Mərasimdə bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və QHT-lərin təmsilçiləri, Bolqarıstanın Varna şəhər bələdiyyəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və könüllülər qatılıblar.

İlk öncə iştirakçılara Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı elan edilməsinə qədər, habelə ondan sonra şəhərdə bu istiqamətdə aparılan işlər və icra olunan layihələr haqqında məlumat verilib.

Rəsmi çıxışlardan sonra Avropa Gənclər Paytaxtı layihəsinin yüksək səviyyədə reallaşdırılmasında yaxından iştirak etmiş gənclər təşkilatları, dövlət və biznes qurumları, könüllülər, həmçinin mətbuat nümayəndələri təltif olunublar.

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi də "Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsində fəal iştirakına və verdiyi töhfələrə görə mükafatlandırılmışdır. Mükafatı Gənclər və idman nazirinin müavini İntiqam Babayev təqdim etmişdir. 
 
Qeyd edək ki, Regional Ofis il ərzində sözügedən layihəyə dəstək məqsədilə 50-yə yaxın tədbir həyata keçirmişdir. 

Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR