Gəncədə təbliğat-təşviqat kampaniyası davam edir

Gəncədə təbliğat-təşviqat kampaniyası davam edir

Quliyev Musa İsa oğlu seçiciləri ilə görüşüb.

Gəncədə Bu gün 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Quliyev Musa İsa oğlunun Milli Məclisə seçkilərlə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüb. 3-cü mikrorayon, 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilən tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb. Bildirilib ki, Musa Quliyev parlamentdə Sosial siyasət komitəsinin sədr müavinidir.

Komitə əhalinin sosial müdafiəsi, səhiyyə, idman, gənclər siyasəti ilə bağlı qanunvericiliyin hazırlanmasında yaxından iştirak edir. Musa Quliyev deputat kimi fəaliyyəti müddətində 10 qanunun reallaşmasında iştirak edib, Sosial siyasət komitəsində müzakirəyə çıxarılan bütün qanunlarla bağlı fikirlərini bildirib. 10 ildir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür,hazırda bu qurumun vitse-prezidentidir.

O, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini quruma üzv ölkələrin nümayəndələrinin tam şəkildə dəstəkləməsi üçün çalışır. “Musa Quliyev Milli Məclisə əvvəlki çağırışda da Gəncədən seçilib.O, tez-tez seçicilərlə görüşür, problemləri ilə tanış olur, həlli yollarını araşdırır,ona müraciət edən hər bir seçiciyə yardım etməyə çalışır, həmçinin ölkənin və şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir” - təbliğatçılar deyiblər.Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər Quliyev Musa İsa oğlunun Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili seçilməsi üçün yekdilliklə səs verəcəklərini bildiriblər.

Musa Quliyev çıxış edərək, Milli Məclisə deputatlığa namizədliyini növbəti dəfə irəli sürdüklərinə görə partiyanın rəhbərliyinə və fəallarına minnətdarlığını bildirib, yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışıb:-“Çalışacağam ki, ötən illərdə olduğu kimi, qarşıdan gələn 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun qurum, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim”. 

Hicran Məmmədova

Aktual.az

Xəbər 813 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR