Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə süni qiymət artımının qarşısını almaq üçün 15 qrup yaradılıb.
Bu barədə məlumat verən Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, hər qrupun tərkibində 10 nəfər var və həmin qruplara icra başçısının müavinləri rəhbərlik edirlər. Elmar Vəliyev qeyd edib ki, Gəncənin ticarət obyektlərində qiymətlər ciddi şəkildə nəzarətdə saxlanılır.