Gəncə şəhərində Milli Məclisə keçirilən seçkilərdə seçicilərin aktivliyi müşahidə olunur.
Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhəri
37 saylı Dairə Seçki Komissiyasının 8 və 9 saylı məntəqələrində ilk saatlardan seçicilərin aktivliyi müşahidə olunur.
8 saylı məntəqədə 1179, 9 saylı məntəqədə isə 1320 seçicinin qeydiyyatdan keçdiyi bildirilir. Bu məntəqələrdə 6 namizədə səs veriləcək. 8 saylı məntəqədə 80 və 100 yaş arası 6 seçici qeydiyyatdadır. 9 saylı məntəqədə isə ən yaşlı seçicinin 90 yaşı var.
İlk dəfə səs verənlərin sayı 8 saylı məntəqədə 5, 9 saylı məntəqədə isə 12 nəfərdir.
Məlumatda qeyd olunur ki, hər iki məntəqədə “Exit-poll” keçirilir. 9 saylı məntəqə veb-kamera quraşdırılıb.
Hər iki məntəqədə xəstələrin səs verməsi üçün də şərait yaradılıb. 8 saylı məntəqədə 2, 9 saylı məntəqədə isə 5 xəstə seçicinin istədikləri namizədə səs vermələri üçün evlərə seçki qutuları göndəriləcək.
Bu saatlara qədər seçki prosesində neqativ hal qeydə alınmayıb. Bu dəqiqələrdə seçicilərin aktivliyi davam edir.