Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası Gəncə şəhərində keçiriləcək 2016-cı ilin 1-ci Azərbaycan Rəqs Konqresi və Kəpəz Kubokunu təqdim edir.
30 yanvarda Gəncə şəhərində birinci rəqs konqresi və sədrlərin, yüksək səviyyəli hakimlərin, onlardan əməkdar və xalq artistlərin, 20-dən çox rayonun incəsənət xadimlərinin iclası keçiriləcək. Gündəmdə olan plan yaradılacaq. Qaydalar: geyimlər, texniki dəstək və digər mühüm məsələlər müzakirə olunacaq.
31 yanvarda isə Kəpəz Kuboku üçün birinci rəqs yarışı keçiriləcək. Bu yarış Azərbaycan regionlarında keçirilən birinci rəsmi turnirdir. Çempionatda folklor, etnika, rəqs şou, folklor stilizasiya, hip-hop kimi rəqs növləri təqdim olunacaq. Hər istiqamətdə münsiflərə və tamaşaçılara baby-show, uşaqların, yuniorların, böyuklərin çıxışları təqdim olunacaq. Ölkəmizin ən yaxşı rəqqasları Kubok üzrə yarışacaqlar.
Biz bu yarışın təşkilatçısı ilə görüşdük, Azərbaycan Rəqs Assosiasiyasının (ARA) prezidenti, Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov qeyd etdi: "Biz Azərbaycanın gənclərinə göstərmək istərdik ki, rəqsin inkişafı bizim həyatımızda böyük əhəmiyyət daşıyır. Bu sənətin inkişafına təkan vermək və gənc istedadlı rəqqasları müsabiqələrə cəlb etmək istədik. Rəqs - duyğu və düşüncələrin bir ifadəsidir. Rəqs müxtəlif komplekslərdən qurtarmaq, qabiliyyəti genişləndirmək, ictimaiyyətdə qorxunu yox etməkdə kömək edir və istirahət etməyi öyrədir. Sözsüz ətraf ilə danışmağın, özünə və başqalarına qarşı münasibətin ifadəsidir".
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az