Gəncədə "Qurtuluşdan başlanan yol" konfransı keçirilib

Gəncədə

Konfrans 15 iyun “Milli Qurtuluş Günü” nə həsr edilib. Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Heydər Əliyev Park Kompleksində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub. Dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti olaraq baş əyilib.

“Qurtuluşdan başlanan yol” mövzusunda keçirilən konfransa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Himnin səsləndirilməsindən sonra “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. 

Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.

Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. 



Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və multikulturalizm” kafedrasının müəllimi Zümrüd Qəhrəmanova “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın böyük xilaskarıdır”, Gəncə Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının dosenti Hüseyn Bəxtiyarov “Tariximizin şanlı səhifələri (1993-2003-cü illər)”, Azərbaycan Texnologiya Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı Nicat Nəsirli“Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın inkişaf strategiyası” mövzularında məruzələrlə çıxış ediblər. 

Çıxışlarda bildirilib ki, Ulu öndər Heydər Əliyev ideyaları XXI əsrdə onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində sıçrayışlı inkişaf və modernləşmə dövrünü yaşayan müasir Azərbaycan yaradılmış möhkəm təməl üzərində dinamik inkişaf edərək iqtisadi qüdrətini davamlı artıraraq regionun lider dövlətinə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, etibarlı tərəfdaş kimi tanınmışdır. 

Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbin 5-ci sinfində oxuyan əlaçı sagirdi, 2 qat Avropa, eyni zamanda bu ilin mayında 2 erməniyə qalib gələrək 3 qat dünya çempionu adının qazanan Fərid Cavadov diplom və qiymətli hədiyyələrlə təltif edilib.

Daha sonra tədbir Heydər Əliyev adına park-kompleksdə yerləşən amfiteatrda bayram konserti ilə axşam saatlarınadək davam edib.

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR