Gəncədə qəzalı vəziyyətdə olan evlərdə yaşayanlara yeni mənzillər verilib

Gəncədə qəzalı vəziyyətdə olan evlərdə yaşayanlara yeni mənzillər verilib

Gəncədə qəzalı evləri sökülən 55 ailəyə tam təmirli və daha geniş mənzillər verilib

Nazirlər Kabinetinin qərarı ilə Gəncə şəhərində Cavad xan 34, Ata Türk prospekti 264 və 266 ünvanlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlər söküldükdən dərhal sonra əvəzinə müasir üsul ilə tikilmiş 55 mənzilli bina sakinlərin istifadəsinə verilib.
Açılış mərasimində giriş sözü ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının Elmar Vəliyev sakinləri salamyarayaq, Nizami yurdunda baş verən yeniliklərdən danışıb. İcra başçısı yaşayış üçün yararsız mənzillərdə yaşayan sakinlərin istəklərinin nəticəsiz qalmadığını bildirib. Mənzillərin bölüşdürülməsinin tam şəffaf şəkildə aparıldığını deyən şəhər rəhbəri binanın yüksək keyfiyyətlə tikildiyini və yeni mənzillərin sahələrinin əvvəlkilərdən böyük olduğunu xüsusi vurğulayıb. Elmar Vəliyev Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısından danışaraq 2017-ci ildən şəhərdə tikiləcək yaşayış binaları, zavod, orta və məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verib. 
Bina sakinləri Babayeva Aygün, Nailə Məlikova, Əjdər Seyidov, Afət Həsənova, Səfurə Bəşirova və Nurəngiz Məmmədova onlara yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Bundan əvvəl qəzalı vəziyyətli evlərdə yaşadıqlarını dilə gətirən sakinlər Yeni il ərəfəsində onlara verilən yeni tikilmiş və yaşayış üçün bütün şərait yaradılmış mənzillərin dünya standartlarına tam cavab verdiyinə görə sevinclərini dilə gətiriblər.
Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının Elmar Vəliyev sakinlərlə birgə binanın rəmzi açılşını bildirən qırmızı lenti kəsiblər. Elmar Vəliyev sakinlərə mənzillərin açarlarını verərək, yaşayış üçün hər bir şərait yaradılmış mənzillər ilə yaxından tanış olub.
 
 
 
 
 
 
 
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR