Gəncədə Qafqazın ən böyük kitab evi açıldı

Gəncədə Qafqazın ən böyük kitab evi açıldı

`Əli və Nino` adlı kitab evinin açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev 15 iyun “Milli Qurtuluş Günü” və “Kitab Evi"nin açılışı münasibətilə mərasim iştirakçılarını təbrik edib. Bildirib ki, “Kitab evinin açılışında əsas məqsəd ölkədə kitabçılığın inkişafı və mütaliənin təbliğinə töhfə verməkdir.

Minlərlə adda kitabın oxuculara təqdim olunması ilə yanaşı, zəngin elektron kitab bazasının yaradılması da oxucular üçün yaradılan geniş imkanlardan biridir. AMEA-nın Gəncə Bölməsinin direktoru Fuad Əliyev vurğulayıb ki, yeni açılan “Kitab Evi” oxuculara lazım olan və onları razı salan ədəbiyyat nümunələrinin əldə edilməsinə xidmət edəcək ən gözəl məkandır.

Millət vəkili Pərvin Kərimzadə çıxış edərək Gəncədə kitaba marağın dirçəlməsinin və “Kitab Evi”nin açılmasının vacibliyindən danışıb. Millət vəkili “Kitab Evi” komandasına uğurlar arzu edib.

39 nömrəli tam orta məktəbin müəllimi Manə Hüseynova elm, bilik və savad mənbəyi olan kitablarda axtardığımız sualların cavabların tapmağımızı bildirərək, “Kitab Evi”nin Gəncədə faəliyyətə başlaması münasibəti ilə kitabsevərləri təbrik edib. 

Rəmzi qırmızı lent kəsildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev və qonaqlar “Kitab Evi” ilə yaxından tanış olublar. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq bildirib ki, 3 mərtəbəli “Kitab evi”ndə oxucu klubu və müxtəlif şirkətlərin dəstəyi ilə hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunub. İnsanlar buraya kitab gətirib hədiyyə edə və əvəzində başqa kitablardan da yararlana bilərlər. 

Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını gəzdirmək üçün seçdiyi bir məkan yaratmaq, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq da məqsədlər sırasına daxildir.

Yeni “Kitab Evi” ndə “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub və bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılır. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapmaq mümükündür. Eyni zamanda imza günləri, seminarlar və müxtəlif tədbirlərin keçirilməsi üçün geniş bir guşə təşkil edilib. “Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bununla yanaşı kitab marketinin “elektron kitab” bazası da var ki, burada da müştərilər üçün istənilən şərait yaradılır.

Qeyd edək ki, yeni açılan “Kitab evi” Qafqazın ən böyük kitab evidir. Burada 5000-ə yaxın əyani, elekton bazada isə 20 minə yaxın kitab var. İstər Azərbaycanda , istərsə də ölkənin hüdudlarından kənarda istənilən kitabı oxumaq və sifariş vermək mümkündür.

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR