Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.
Aktual.az
Xəbər 821 dəfə oxunub.