Gəncə şəhəri Kəpəz rayonunda Metal anbarının ərazisində 3 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Ağdam rayonu Qaradağlı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar olunmayıb.
Tərtər rayonu Çaylı kəndində 1 fermada 5 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülüb.
Gəncə şəhəri Kəpəz rayonunda Metal anbarının ərazisində 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi və 1 ədəd OQ-9 raketinin gilizi) aşkar edilərək götürülüb.
İyulun 4-də ümumilikdə 1 metal anbarı, 1 ferma, 3 əkin sahəsi, 8 partlayış yerinə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd OQ-9 raketinin gilizi və 2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülmüş, gün ərzində 17 700 kv.m ərazi təmizlənib.