Gəncədə mülki əhalini vurduq… - İonnasiyan

Gəncədə mülki əhalini vurduq… - İonnasiyan

Əgər Rusiya bizə məhdudiyyət qoymasaydı, "İsgəndər” və ya "Skad” ilə Gəncə aerodromunu vura bilərdik.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın "Şüurlu Vətəndaşlar İttifaqı” QHT-nin koordinatoru Daniel İonnasiyan Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı açıqlamalarına münasibətdə deyib.
"Bu raketləri Ermənistana göndərən Rusiya elə onlardan istifadəyə məhdudiyyət qoyurdu. Əgər o bu məhdudiyyəti qoymasaydı, biz "İsgəndər”, ya da hədəfi daha az dəqiq nişan alan "Skad”la Gəncə aerodromunu dağıda bilərdik. Nəticədə hərbi hissəni hədəf aldıq. Yanlışlıqla hərbçilərin əvəzinə, mülki vətəndaşların olduğu binanı vurduq”, – deyə, o bildirib.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan dindirilmə zamanı müharibədə istifadə hüququ Ermənistana aid olmayan silahların olduğunu bildirib. O, jurnalistlərin "Bu, "İsgəndər”dirmi?” sualına cavabında deyib ki, bu haqda qapalı dindirilmədə danışa bilər.
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR