Gəncədə İran İslam Respublikasının ilk sərgisi açılıb

Gəncədə İran İslam Respublikasının  ilk sərgisi açılıb

Gəncədə İran İslam Respublikasının 51 tanınmış şirkətinin məhsullarının satış-sərgisi  açılıb. Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə keçirilən  sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,  İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin icraçı direktoru Mirəyyub Təqəvi-Tələb, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

      

Sərginin  rəsmi açılış mərasimində iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından, yeni əlaqələrin yaranmasından, belə tədbirlərin iqtisadiyyat və ticarət  sahəsində  əlaqələrin inkişafına  zəmin yaradacağından geniş söhbət açılıb.Eyni zamanda, fevral ayında Gəncə -Təbriz şəhərləri arasında yaradılan qardaşlıq əlaqələri də xüsusi vurğulanıb.

       

Rəsmi açılışın sonunda  İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevə hədiyyə təqdim edib. Sonra sərgiyə baxış keçirilib.

      

Ticarət-sənaye məhsullarının birinci sərgisinin 5 gün davam etməsi nəzərdə tutulub. İranın Ərdəbil əyalətindən başqa, Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəd şirkətləri də  iştirak etdiyi  sərgidə  sənaye və kənd təsərrüfatı məhsulları, məişət əşyaları, xalça, mebel, geyim, avtomobillər nümayiş etdirilib.


Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR