Gəncə şəhərində güclü külək yaşayış binasının dam örtüyünü və bəzi mənzillərin eyvanını uçurub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, səhər saatlarından başlayan güclü külək məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli, 48 mənzilli binanın dam örtüyünü və bəzi mənzillərin eyvanını uçurub.
Hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. (report)
Aktual.az
Xəbər 231 dəfə oxunub.