Gəncədə ər arvadını məhkəmə binasının qarşısında qətlə yetirdi

Gəncədə ər arvadını məhkəmə binasının qarşısında qətlə yetirdi

 Gəncədə qadın əri tərəfindən qətlə yetirilib.


"Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb. 

Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Onların bir azyaşlı övladı var idi.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR