Gəncə şəhərində biri qadın olmaqla 2 nəfər bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Firudin oğlu Əliyev və onun qonşusu, 1991-ci il təvəllüdlü Elvira Elman qızı Hüseynova bıçaqlanıb.
Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara görə, onların hər ikisi E.Hüseynovanın qaynı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər 513 dəfə oxunub.