Gəncədə BİABIRÇILIQ: Ailəli kişi qardaşı qızını qaçırdı - VİDEO

Gəncədə BİABIRÇILIQ: Ailəli kişi qardaşı qızını qaçırdı - VİDEO

8 illik evliliyini qardaşının qızına görə bitirdi. Kişi evlənmək üçün 2 uşaq anası olan qardaşı qızını qaçırıb.

Aktual.az xezerxeber.az-a istinadən bildirir ki, tükürpədici hadisə hansısa filmdə yox, məhz ölkəmizdə, Gəncə şəhərində baş verib.
3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.
Bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova verdiyindən bizə inandırıcı gəlmədi. Ancaq təəssüf ki, təfərrüatlar bizi dəhşətə gətirdi. Onun sözlərinə görə, əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçıblar. O isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb. Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.
Həsən Səfərovla telefonla əlaqə saxlamağa cəhd etsək də, baş tutmadı. İddiaların doğru olub-olmadığını öyrənmək üçün Həsən Səfərovun evinə yollandıq. Buradan eşitdiklərimiz daha da dəhşətli idi.
Həyat yoldaşı Həmidə Səfərova isə deyir ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır. Əmisi ilə evlənmək üçün 2 uşağını da yoldaşının üstünə atıb.
Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb. Kişi də boşanma olmadan rəsmi nikahda ola-ola bu üsula əl atıb.
Bu hadisə Qərbdən gələn ağır təsirlərlə mədəniyyət və mentalitet deqredasiyasına bariz nümunədir. Öz qanından olan biri ilə belə bir addım nə adət-ənənələrimizə, nə də mənəvi dəyərlərimizə sığır. Kişinin qorumaqla mükəlləf olduğu namusuna xəyanət kimi görünən bu halı bütün cəmiyyət pisləməli, tarix boyu öz dəyərləri ilə ad salmış Azərbaycan ailəsinin belə mənfi hallardan qorunmasına çalışmalıdır. Görünür, Qərbdən gələn təsirin qarşısında bəziləri aciz qalıb. Bu fakt bir daha göstərir ki, milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, gələcək nəsillərə alnı açıq şəkildə ötürməliyik.

Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR