Ötən gecə saatlarında Təcili Tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə bir nəfər qadın gətirilib.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, xəstəyə lazımi tibbi yardım göstərilib: "Hazırda vəziyyəti orta-ağır sabit qiymətləndirilir".
Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xəbər 434 dəfə oxunub.