Gəncə şəhəri, Təbrz küçəsi 48-də baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov axşam saatlarında tanışı ilə yaşadığı evdə yeyib-içib. Bu zaman tanışlar arasında münaqişə yaranıb. Nəticədə A.Yusifov ürək, sinə və digər nahiyələrdən ümumilikdə 4 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Meyit səhər saatlarında yaxınları tərəfindən aşkarlanıb və bununla bağlı aidiyyəti qurumlara məlumat verilib.
Mərhum ailəli idi, 4 övladı var.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
Xəbər 561 dəfə oxunub.