Gəncədə sərnişin avtobusu qəza törədib.
Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gecə axşam saat 20:00 radələrində Gəncə-Bakı yolunun başlanğıcında yol qəzası baş verib.
Goranboy sakini 62 yaşlı Saday Əliyev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən qarşısına at çıxıb və sürücü idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsinin arxasında yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtobus onu arxadan vurub.
Bakı sakini 33 yaşlı İlkin Cənnətovun idarə etdiyi avtobusa qismən ziyan dəysə də, “Hyundai Sonata” tam yararsız hala düşüb.
Bundan başqa, avtomobildə olan sərnişin - 15 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik yaralının şəxsiyyəti məlum deyil.
Aktual.az