Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 498 dəfə oxunub.