Gəncədə 83 yaşlı kişi intihar edib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan Əhməd adlı 83 yaşlı kişi evində özünü asıb. Qonşuların dediyinə görə, 1 ilə yaxındır, oğlu Rusiyada dünyasını dəyişən Əhməd kişi bununla əlaqədar stress keçirib, oğlunun ölməsinə dözə bilməyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Xəbər 447 dəfə oxunub.