Gəncədə 8 ədəd tank əleyhinə mina tapılıb

Gəncədə 8 ədəd tank əleyhinə mina tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Ağdam rayonları və Gəncə şəhərində 4 əkin sahəsi və 4 partlayış yerinə baxış keçirilib.

ANAMA-dan  verilən məlumata görə, baxış zamanı Gəncədə 8 ədəd TM-62 tank əleyhinə mina aşkar edilərək götürülüb, gün ərzində 4 300 kv.m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 8 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 577 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR