Gəncə YAP-çıları seçki toplantısı keçiriblər

Gəncə YAP-çıları seçki toplantısı keçiriblər

YAP Gəncə şəhər Təşkilatının Qərargahında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə 1 noyabr Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar toplantı keçirilib.

Toplantıda YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, İdarə Heyətinin üzvləri,Yeni Azərbaycan Partiyasının namizədləri və partiya fəalları iştirak ediblər.

Toplantını giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev iştirakçıları salamlayaraq, 1 noyabr Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilməsi, seçki kampaniyasının ən mühüm və məsul bir mərhələsinin başlanması, partiya fəallarının qarşısında daha ciddi vəzifələrin qoyulduğunu bildirib.

Qeyd edib ki, 2015-ci il bir sıra mühüm hadisələrlə uzun müddət yaddaşlarda qalacaq. Xalqımız üçün böyük əhəmiyyət kəsb edən əlamətdar hadisələrdən biri də noyabrın 1-də keçiriləcək parlament seçkiləridir. Bu seçkilərin də mütəşəkkil, azad və ədalətli, demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlar səfərbər edilib. Təbii ki, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm hadisə, demokratiyanın təzahürüdür. Demokratik prinsiplərin inkişafına xüsusi önəm verilən respublikamızda da seçkilərin şəffaf keçirilməsi ilə bağlı kifayət qədər təcrübə qazanılıb.

YAP Gəncə şəhər Təşkilatının hazırda 35 min üzvü var və bu böyük qüvvə qətiyyətli sözünü deyəcək,Yeni Azərbaycan Partiyasının qələbəsini təmin etmək üçün öz töhfəsini verəcək.

Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər - Kərimzadə Pərvin Orxan qızı, Həmzəyev Naqif Ələşrəf oğlu, Fətiyev Xanlar Nuru oğlu, Quliyev Musa İsa oğlu dəyərli fəaliyyətləri, şəxsiyyətləri ilə cəmiyyətdə nüfuz qazanmış, kifayət qədər doğma xalqına xidmət göstərmiş şəxslərdir.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR