Xəbər verdiyimiz kimi, Vətən müharibəsi zamanı Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Erməni terroru nəticəsində 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirib.
Həmçinin körpə Nilay üç doğmasını itirib. Onun atası Adil Əliyev, anası Günay Əliyeva, nənəsi Afaq Əliyeva erməni terrorunun qurbanı olub.
Nilayın Gəncə qətliamında həlak olmuş valideynləri
Xəbər 506 dəfə oxunub.