Sentyabrın 14-də Qazax rayonunda “Bələdiyyə” təşfiqat qrupunun üzvləri ilə yerli sakinlərin görüşü baş tutub.
Aktual.az xəbər verir ki, görüşdə Qazax rayon millət vəkili Kamran Nəbizadə, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə, ölkə şöhrətli məşqçi Firdovsi Umudov, YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov və “Bələdiyyə” təşfiqat qrupunun vəkili Nihad Allahyarlı iştirak ediblər.
Görüş zamanı çıxış edən vəkil Nihad Allahyarlı bütün vətəndaşları 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsində fəal olmağa, dövlətimiz və millətimiz üçün yeni üfüqlər açan bu referendum aktı layihəsinə “HƏ” deməyə dəvət edib.
Həmçinin gənc vəkil, 85 və 100-cü maddələrdərə dəyişiklik təklifində öz əksini tapan yaş senzinin aradan qaldırılması və 29-cu maddədə yəni mülkiyyət hüququ haqqında təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib.
Daha sonra Qazax rayonu mədəniyyət mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüş zamanı nitq söyləyən N.Allahyarlı gənclərin hər birini 26 sentyabr tarixində baş tutacaq ümumxalq səsverməsində aktiv iştiraka səsləyərək sözügedən refendum dəyişikliklərində gənclər üçün yeni imkanların yaradıldığını bildirib.
Görüşün ardından qonaqlar rayonun icra başçısı Rəcəb Babaşovla birgə Qazax rayonun Ermənstanla sərhəd olan Məzəm və Quşçu Ayrım kəndlərinə səfər edib, yerli əhali ilə görüşüblər.