19 oktyabr 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində gənc rəssam, dizayner, Bakı Mühəndislik Universitetinin dizayn kafedrasının müəllimi Aygün İlyasovanın "Oyanış” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək.
Aktual.az xəbər verir ki, sərgi rəssamın 30 illik yubiley və hesabat tədbiri üçün nəzərdə tutulub.
Tədbirdə realistik və abstrak üslubda 30 ədəd əsər nümayiş olunacaq. Sərgini əks etdirən əsas rəmz Simurq quşudur.
Qeyd edək ki, Simurq oyanmağın, yanıb yenidən doğulmağın, həyata daha mükəmməl formada davam etməyin simvoludur. Bu da yaşadığımız çətinliklərin, keçdiyimiz mərhələlərin bizi yenidən doğulmağa sövq etməyinin göstəricisidir.
Gənc rəssam Aygün İlyasova keçiriləcək sərgi barədə təəsüratlarını bölüşüb. Onun sözlərinə görə, tanınan simaların da iştirak edəcəyi sərgi ziyarətçilər tərəfindən rəğbətlə qarşılanacaq:
"Nəfsindən arınmaq və insanın həqiqi mənliyinə çatmağın vəhdətidir Simurq… Hər birimizin daxilində bir Simurq yatır və bizim həyatda yaşadığımız çətin anlar o Simurqu oyatmağa xidmət edir. Oyanışı tez olan insan isə müdrik insandır…”.