Quldurluq edən Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Aktual.az DİN-in saytına istinadən bildirir ki, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını almalarını, yenidən pul gətirməyəcəyi tədqirdə öldürəcəkləri ilə hədələmələrini, fevralın 4-də isə daha 100 manat tələb etmələrini bildirib.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.