Bakıda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Aktual.az-ın Report-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində İmişli rayon sakini Qənbər Quliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili arxaya verərkən Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Qasımov maşınla divar arasında sıxılıb qalıb.
Hadisə nəticəsində C.Qasımov faciəli şəkildə orada ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.