Azercell-in tarif paketinə qoşulan abunəçilərə 50%-ə qədər endirim və müxtəlif kampaniyalardan yararlanmaq imkanı
Azərbaycanın lider mobil operatoru Azerell Telekom-un sentyabr ayında istifadəyə verdiyi yenilənmiş Gənc OL tarifi abunəçilər tərəfindən böyük maraqla qarşılandı. Çünki Azercell bu tarif çərçivəsində inanılmaz güzəştlər və sərfəli danışıqlarla yanaşı, abunəçilərinə müxtəllif mağaza və əyləncə markəzlərindən endirimlər təqdim edir. İki ay ərzində abunəçilər 1000 dəfəyə yaxın sözügedən paketin təqdim etdiyi endirimlərdən yararlanıblar. İndi isə Azercell Gənc OL tarifi abunəçiləri nə az, nə çox düz 18 məkanda çox sərfəli endirimdən istifadə imkanı yaradır:
Adı | Endirim növü |
Baku Mall | Əyləncə hissəsində 50%, Restoranlarda isə 20% |
Sabina Perfumery & Cosmetics | 15% endirim |
Sultanahmet Köftecisi Restoranında | 20% endirim |
LTB Jeans | 20% endirim |
Cinnabon & Schlotzsky | 20% endirim |
UBER alternativ nəqliyyat xidməti | 20% endirim |
Adidas (Nizami küç., 66) | 10% endirim |
Pit-Stop Restoranında | 20% endirim |
LaVita Restoranında | 20% endirim |
Astral qorxu labirintində | 40% endirim |
Dost Taxi | İlk gedişə 33%, növbəti gedişlərə 11% |
Baku Karting | 20% endirim |
KunefeEvi Restoranında | 40% endirim (1 künefe və bir çay dəsti alana 1 künefe hədiyyə) |
Casual Brasserie Restoranında | Desert və çay hədiyyə |
Park Cinema kinoteatrlarında | 1 bilet alana 2-cisi hədiyyə |
28 Cinema kinoteatrlarında | 1 bilet alana 2-cisi hədiyyə |
Kaspi Tədris Mərkəzindən | 20% endirim (Kaspi Magistr və Kaspi Global) |
Istiqlal Tədris Mərkəzindən | 50% endirim |
Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və yawww.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.
Azercell-in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.
Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.