Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının maliyyə dəstəyi ilə Gənc Mühasiblər Birliyi "QHT-Bizness əlaqələrinin gücləndirilməsi" layihəsinə start verib.
Layihənin məqsədi məsuliyyətli şirkətlər haqqında ictimai rəyi formalaşdıran əsas göstəricilərdən olan Korporotiv Sosial Məsuliyyyət (KSM) fəaliyyətinə ictimai diqqəti yönəltməklə ölkəmizin müasir standartlara uyğun özəl qurumlarının formalaşmasına, sosial təşəbbüslərin dəstəklənməsinə, KSM və sahibkarlıq mədəniyyətinin inkişlafına töhvə vermək, vətəndaş cəmiyyətinin inkişafında bizness qurumlarının rolunun artırılmasına dəstək vermək, QHT- nümayəndələri arasında KSM haqqında geniş təsəvvür yaratmaq, Azərbaycanda olan şirkətlərin həyata keçirdiyi uğurlu KSM layihələri haqqında ictimai məlumatlandırma, təcrübə mübadiləsini həyata keçirmək, QHT-Bizness əməkdaşlığının möhkəmləndirilməsinə kömək etməkdir.
Layihə çərçivəsində Bakı və Şəmkir şəhərlərində Korporotiv Sosial Məsuliyyətlə (KSM) bağlı dəyirmi masaların və təlimlərin keçirilməsi nəzərdə tutulub.
// Aktual.az