Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə layihəsi olan "Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahətləri üçün maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir.
Düşərgədə idman yarışları, mədəni-tarixi yerlərə
ekskursiyalar təşkil edilmiş, uşaqlar arasında futbol, voleybol, şahmat, dama vədigər idman yarışları keçirilmiş, qaliblər
müəyyən edilmişdir. "Gənc Heydərçilər” həmçinin intellektual yarışlarda da öz
biliklərini sınamışlar. Keçirilən bilik və idman yarışları düşərgədə
uşaqların istirahətini daha maraqlı və yaddaqalan etmişdir.
Düşərgə iştirakçılarının Qusar və Xaçmaz rayonlarına, o cümlədən Şahdağ Qış - Yay Turizm Kompleksinə, Quba şəhərində yaradılmış "Soyqırım Memorial Kompleksi”-nə ekskursiyaları da təşkil edilmişdir. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycanın tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.
Düşərgədə məktəblilər üçün maraqlı konsert proqramı da təşkil edilmişdir. Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı tələbələri vətənpərvərlik mövzusunda mahnılar ifa etmişlər.
Həmçinin məktəblilərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Qubanın Qəçrəş kəndində məktəblilər üçün əyləncəli tədbir- samovar çayı, dadlı şirniyyat süfrəsi təşkil edilmişdir. Məktəblilərin istirahətləri milli rəqslərimizlə davam etmişdir.