Biz İranın 58 gəmisini məhv etdik. Belə deyək: onların donanmasını. Həmçinin mina yerləşdirən gəmiləri də məhv etdik. Gecələr minalar yerləşdirirlər. Onların da 31 dənəsini sıradan çıxartdıq. Nə gözəl işdir, elə deyilmi? Gəmiləri partlatmaq.
Aktual.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz İranı tez tərk etmək istəmirik, elə deyilmi? İşi bitirməliyik, elə deyilmi? Son 11 gün ərzində ordumuz İranı faktiki olaraq məhv etdi.
Hər iki ildən bir geri qayıtmaq istəmirik. Çünki nə vaxtsa mənim prezident olmadığım bir vaxt olacaq. Və bəlkə də keçmişdə olduğu kimi zəif, acınacaqlı bir insanınız olacaq”, - Tramp bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.
Xəbər 46 dəfə oxunub.