Gültəkin Hacıbəyli, təxminən 2 ay əvvəl belə bir feysbuk statusu paylaşmışdı: "Mənim üçün vətənimin həbsxanası da dünyanın ən gözəl məkanlarından, güşələrindən daha əzizdir, heç yerə qaçmamşam, İstanbula övladımın təhsili ilə bağlı gəlmişəm və zatən 3 - 4 həftəyə geri dönürəm...”
Və buyurun. İndi məlum olur ki, söylədiklərinin hamısı (hər zaman olduğu kimi) yalan imiş. Daha təfsilatlı desəm: Kimsə ona Ramiz Mehdiyev olayının tezliklə "şişəcəyi” barədə məlumatı hələ aylar öncədən sızdırıb və bu səbəbdən də Gültəkin, qısa müddət ərzində özünə 2 illik "oturum izni” alaraq, aradan çıxıb.
Hərgah, adama sual verərlər;
Hər gediş - gəlişdə 3 aylıq qalma (yaşama) icazəsi varkən, niyə qəfildən 2 illik iznə ehtiyacın yarandı?
Səni narahat edən nəsə yoxdursa, heç bir cinayətə əlin bulaşmayıbsa, təmizsənsə, günahsızsansa, o zaman niyə vətənə qayıtmaqdan ehtiyatlanırsan, niyə mütləq şəkildə həbs olunacağını düşünürsən, niyə özünə əl qatmısan?
Hər şey bir yana qalsın e...
Niyə Türkiyəni şantaj edirsən?
Niyə Azərbaycana qayıtmamaq üçün Türkiyə rəsmilərinə yalvarırsan?
Niyə Türkiyədən deportasiya olunmaqdan bu qədər qorxursan?
***
Ah, Gültəkin, eh Gültəkin!
Kaş, səni tanımayanlar da tanıyaydı...
Kaş, səni hər kəs - ən azından bizim tanıdığımızın yarısı qədər tanıyaydı...
Kaş, sənin maska altındakı xislətinə, ruhuna, tərbiyənə bələd olmayanlar bilərdilər ki, Gültəkin əslində hansı yuvanın quşudur və indiyə qədər nə oyunlardan çıxıb...
Kaş, səninlə hamının, çox demirəm, 15 dəqiqəlik səmimi ünsiyyət imkanı olaydı və o zaman görərdilər ki, özünü əxlaqlı, ziyalı, vətənsevər kimi təqdim edən bu saxta hoqqabazın simasının altında, gerisində, dərinliklərində nə məkrlər, nə hiylələr, nə rəzalətlər yatır.
Kaş, söydüyün küçə söyüşlərinin bircəciyini eşidəydi, səni tanımayanlar...
Kaş, sərgilədiyin əxlaqsızlıqların bircəciyini biləydi, səni tanımayanlar...
Kaş, separat görüşlərdə, akustik otaqlarda, müqəddəs bildiyin "ocaq”larda, restoranlarda, barlarda, bağlarda və şeytan bilir başqa hansı məkanlarda apardığın "ictimai - siyasi - mədəni - sosioloji - bioloji - fizioloji - romantik "müzakirə”lərin ən xırda detalı haqda bilgili olaydı, səni tanımayanlar...
Nə isə..
Və əlqərəz!
Keçid alım, əsas məsələyə: De görüm, nə vaxt gayıdırsan e...?!
Gəl çıx, görək.
Gəl və anlat görək, nə var - nə yox?
Danış görək, "özgə” nə var - nə yox?
Gözümüzün kökü saraldı. Bizim də, istintaq orqanlarının da.
P.S. Gəlirsən də, qız?! Hə?!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər 141 dəfə oxunub.