Gəlin qızılları oğurlayıb qaçdı

Gəlin qızılları oğurlayıb qaçdı
  • DÜNYA

Türkiyənin Nevaşehir şəhərindəki toylardan biri pərişanlıqla başa çatıb. Gəlin qızılları da oğurlayaraq elə toy ərəfəsində qaçıb.

Şəhərdəki fabriklərdən birində fəhlə işləyən 25 yaşlı Həsən Erdoğdu nişanlısı, 23 yaşlı Kader K. ilə xına gecəsinin ertəsi gözəllik salonuna yollanmışdılar.
Həsən salonun kişilər üçün olan məkanını tərk edib, Kaderi gözləyib.

Amma Kader sadondan çıxmayıb. Toya gecikdikləri üçün narahat olan Həsən qadın gözəllik salonuna girəndə Kaderi orada görməyib. Sən demə, Kader arxa qapıdan qaçıb.
Erdoğdu ailəsindən polisə verilən məlumata görə, Kader 40 min lilərik qızıl-zinət əşyalarını da özü ilə aparıb.
Polis fırıldaqçı gəlini axtarır.

Xəbər 827 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR