Gələn ilin martında "Bakcell" Abşeron yarımadasını 4G şəbəkəsi ilə əhatə edəcək

Gələn ilin martında

Bu gün bütün ölkə üzrə “Bakcell” şirkətinin 200 Wi-Fi stansiyası mövcuddur.

Bunu “Bakcell” şirkətinin jurnalistlər üçün Şabranda yerləşən Qalaaltıda keçirdiyi “Mobil Telekommunikasiyaya giriş” adlı iki günlük seminarda yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov deyib.

“Əşyaların interneti” (“İnternet of things – İoT) mövzusunda çıxış edən Cəlil Xəlilovun sözlərinə görə, hazırda 10 avtobus dayanacağında Wi-Fi qurulub: “Gələn il bu rəqəm xeyli artırılacaq”.

“Bakcell” rəsmisi bildirib ki, bu gün “Bakcell” şirkətinin 5 500 baza stansiyası mövcuddur: “Onlardan 300 ədədi LTE şəbəkəsini dəstəkləyəcək. Bu gün Azərbaycanın 99,7 faizi 2G internet şəbəkəsi ilə əhatə edilib. Azərbaycanın 95,37 faizi isə internetə 3G şəbəkəsi ilə daxil olmaq imkanına sahibdir”

C.Xəlilov vurğulayıb ki, bu gün “Bakcell” şirkəti Azərbaycanda ən keyfiyyətli və ən sürətli mobil internet təklif edən şirkətdir: “Biz həmçinin ölkədə ilk LTE şəbəkəsini quran şirkətik. Gələn ilin mart ayında Abşeron yarımadası 4G internet şəbəkəsi ilə əhatə olunacaq. Bu şəbəkədə sürət 225 Mb/s tə.kil edəcək”.


C.Xəlilov vurğulayıb ki, smartfonların yaradılması və sosial şəbəkələrin ortaya çıxması internetin təkamülündə yeni səhifə açıb: "Bir çoxumuzda internetə çıxan televizor, məlumat mübadiləsi aparan əşyalar olur. Hətta özü internetə girən avtomobillər də mövcuddur. Əşyaların interneti yol qrafiki, hava durumu haqqında məlumatları yükləyərək ona uyğun marşrut seçməyə, ətrafımızda olan sistemləri təkmilləşdirməyə və aralarında məlumat mübadiləsi apararaq bizim həyatımızın daha rahat olmasına imkan yaradır. Bundan ilk dəfə 1999-cu ildə Kevin Aşton tərəfindən istifadə olunub. “İnternet of things” - İoT termin kimi yaranıb".

Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR