Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib

Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib

 Milli Məclis gələn ilin ehtiyac meyarı və yaşayış minimumunu yekun-üçüncü oxunuşda təsdiqləyib.

Aktual.az "Report"a istinadən xəbərə verir ki, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.
 
Aktual.az
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR