2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.
Aktual.az xəbər verir ki, bu, Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2024-cü ilə nisbətən 5,3% çoxdur.
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xəbər 47 dəfə oxunub.